İraqda daha bir şəhər İŞİD-dən tamamilə azad edilib

İraqda daha bir şəhər İŞİD-dən tamamilə azad edilib Əl-Huveyci ətrafındakı 161 kənd də terrorçulardan təmizlənib
Digər ölkələr
11 Oktyabr , 2017 05:19
İraqda daha bir şəhər İŞİD-dən tamamilə azad edilib

Bakı. 11 oktyabr. REPORT.AZ/ İraq ordusu ölkənin şimalında yerləşən Havic şəhərini İŞİD terror qruplaşmasının üzvlərindən tamamilə azad edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrindəki nümayəndəsinə istinadən “Sky News Arabia” məlumat yayıb.

Hərbçinin sözlərinə görə, İraq ordusu xalq könüllü dəstələri ilə yanaşı şəhərin terrorçulardan azad edilməsi üzrə əməliyyatın ikinci mərhələsini başa çatdırıblar. O həmçinin qeyd edib ki, Əl-Huveyci yaxınlığındakı 161 kənd bu müddət ərzində hərbi kampaniya zamanı azad olunub.

Şəhərin cənub rayonları yaraqlıların nəzarətdə olub.

Son xəbərlər

Orphus sistemi