​İraqda bir müəzzin öldürülüb, iki məsciddə partlayış nəticəsində 3 nəfər xəsarət alıb

​İraqda bir müəzzin öldürülüb, iki məsciddə partlayış nəticəsində 3 nəfər xəsarət alıb Hərbi geyimli bir qrup məscidə daxil olaraq bomba partladıb
Digər ölkələr
4 yanvar 2016 08:55
​İraqda bir müəzzin öldürülüb, iki məsciddə partlayış nəticəsində 3 nəfər xəsarət alıb

Bakı. 4 yanvar. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın cənubunda yerləşən Hilla rayonundakı iki məsciddə bomba partladılması nəticəsində 3 nəfər xəsarət alıb.

"Report" xəbər verir, bu haqda "France Press" məlumat yayıb.

Məlumata görə, hərbi geyimli bir qrup məscidə daxil olaraq bomba partladıb.

Əl-İskəndəriyyə şəhərində isə bir müəzzin yaşadığı evin yaxınlığında qətlə yetirilib. 

Orphus sistemi