Bakı. 31 iyul. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərində bir neçə terror hadisəsi baş verib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, paytaxtın mərkəzi ərazilərindən olan Allavidə avtomobillərdən birində quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.
Digər terror hadisəsi isə Atıfiyyə adlanan ərazidə baş verib. Kafe yaxınlığında baş vermiş bomba partlayışı nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Üçüncü terror hadisəsi paytaxtın cənubundakı Atıfiyyədə baş verib. Kafelərdən birinin yaxınlığındakı bazarda baş vermiş partlayış nəticəsində 2 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.
Yerli mətbuatın yazdığına görə, Bağdadın şərqində odlu silahdan açılmış atəşlə öldürülmüş qadının cəsədi tapılıb. Onun kim tərəfindən qətlə yetirilməsi məlum deyil.