İraqda baş vermiş terror aktları nəticəsində 9 nəfər ölüb

İraqda baş vermiş terror aktları nəticəsində 9 nəfər ölüb Ayrı-ayrı ərazilərdə baş vermiş hadisələr zamanı 21 nəfər yaralanıb
Digər ölkələr
10 Sentyabr , 2016 23:58
İraqda baş vermiş terror aktları nəticəsində 9 nəfər ölüb

Bakı. 10 sentyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda baş vermiş terror aktı nəticəsində kamikadze də daxil olmaqla 9 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, ayrı-ayrı ərazilərdə baş vermiş hadisələr zamanı 21 nəfər yaralanıb. Məlumata görə, terror aktlarından biri Ərəb Cebur bölgəsində polisə məxsus avtomobildə quraşdırılmış bomba ilə həyata keçirilib. Partlayış zamanı avtomobildə olan 2 uşaq və valideynləri hadisə yerindəcə dünyalarını dəyişiblər.

Bağdadın Əl-Beyə bölgəsində yolda quraşdırılmış bombanın partlaması nəticəsində isə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Əl-Məştəl bölgəsində isə kamikadzenin özünü partlatması nəticəsində 7 mülki vətəndaş yaralanıb. 

Son xəbərlər

Orphus sistemi