Yuxarı
    Bağlamaq

    İraqda baş vermiş partlayışlarda ölənlərin sayı 30-a çatıb - YENİLƏNİB

    Hələlik baş verənlərə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib

    Bakı. 9 mart. REPORT.AZ/ İraqda toy mərasimi baş vermiş iki partlayışda ölənlərin sayı 30 nəfərə çatıb. 

    "Report" xəbər verir ki, bu barədə "DPA" agentliyi təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

    Məlumatda bildirilir ki, hadisə zamanı 26 nəfər xəsarət alıb. Təhlükəsizlik orqanlarının əməkdaşları hadisə yerini əhatəyə alıb. 

    İlkin məlumata görə, partayıcı qurğunu iki kamikadze işə salıb. Yerli KİV-lərin xəbərində hadisədə 4 terrorçunun iştirak etdiyi vurğulanır.  

    Hələlik baş verənlərə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. 

      

    ***00:25

    İraqda toy mərasimi baş vermiş iki partlayışda onlarla insan həlak olub.

    "Report" xəbər verir ki, bu barədə "Reuters" yerli icra nümayəndəsinə istinadən məlumat yayıb.

    Xəbərdə bildirilir ki, hadisə Tikrit şəhəri yaxınlığında, Həjjaj kəndində baş verib. İlkin məlumata görə, iki kamikadze partlayıcı qurğuları işə salıb. Nəticədə 23 nəfər həlak olub.

    Hələlik baş verənlərə görə məsuliyyəti regionda fəaliyyət göstərən heç bir qruplaşma üzərinə götürməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi