Yuxarı

​İraqda 50-dən çox dinc sakin qətlə yetirilib

Onların İŞİD tərəfindən edam edildiyi ehtimal olunur

Bakı. 2 may. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının yaraqlıları İraqın şimalındakı Təll-Afar şəhərində 50-dən çox dinc sakini edam edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kürdistan Milli İttifaqının liderlərindən biri olan Hukar Yaf məlumat verib.

"Girov götürülmüş dinc sakinlər terrorçular tərəfindən qətlə yetirilmiş ola bilərlər. Çünki, ABŞ və koalisiya qüvvələrinin bombardımana başlamasından sonra terrorçular yaşayış məntəqələrindən qaçmaq məcburiyyətində qalıblar", - deyə o bildirib.

Xəbər verildiyinə görə, koalisiya qüvvələri İŞİD-in İraq və Suriyadakı mövqelərinə 31 hava zərbəsi endirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi