İraqda 400 cəsədin olduğu kütləvi məzarlıq tapılıb

İraqda 400 cəsədin olduğu kütləvi məzarlıq tapılıb Onlar İŞİD terrorçuları tərəfindən öldürülüb
Digər ölkələr
11 Noyabr , 2017 20:59
İraqda 400 cəsədin olduğu kütləvi məzarlıq tapılıb

Bakı. 11 noyabr. REPORT.AZ/ İraqın şimalında İŞİD terror təşkilatı yaraqlıları tərəfindən qətlə yetirilmiş təqribən 400 nəfərin meyitinin olduğu kütləvi məzarlıq aşkar edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü ölkənin güc strukturlarındakı mənbələrə istinadən "Al Baghdadia News" portalı məlumat yayıb.

Bildirilir ki, meyit qalıqları Kərkük yaxınlığında yerləşən Əl-Huveycə şəhəri ərazisində tapılıb.

Məzarlıq əvvəllər Amerika hərbçiləri tərəfindən istifadə olunmuş, 2014-cü ilin yayında isə İraqın geniş işğalı zamanı terrorçular tərəfindən ələ keçirilmiş baza ərazisində yerləşir.

Son xəbərlər

Orphus sistemi