Yuxarı
    Bağlamaq

    İraqda 4 partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb

    Ölənlər arasında təhlükəsizlik qurumunun əməkdaşları da var

    Bakı. 20 may. REPORT.AZ/ İraqın Bağdad və Bəsrə şəhərlərində terrorçu-kamikadzenin intiharı nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.

    “Report” Habertürk-ə istinadən xəbər verir ki, bu haqda məlumatı yerli polis idarəsi yayıb.

    İnformasiyaya əsasən, terrorçu-kamikadzelər bir gecə 4 terror hücumu edib.

    Məlumata görə, Bəsrədə neft yatağı yaxınlığında Romeila və Əl-Sadrada törədilən iki partlayış nəticəsində 33 nəfər ölüb.

    Bağdadın cənubunda isə 19 nəfər iki müxtəlif yerdə törədilən partlayışın qurbanı olub. Ölənlər arasında təhlükəsizlik qurumunun əməkdaşları da var.

    Polis bildirib ki, avtomobildəki intiharçı polis bölməsinin 100 metrliyində özünü partladıb. Bu hadisə nəticəsində ölən olmayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi