İraqda 300-dən çox İŞİD terrorçusunu öldürmüş snayperçi həlak olub

İraqda 300-dən çox İŞİD terrorçusunu öldürmüş snayperçi həlak olub Əbu Tahsin Əl-Havica şəhəri uğrunda gedən döyüşlərdə ölümcül yaralanıb
Digər ölkələr
1 Oktyabr , 2017 01:59
İraqda 300-dən çox İŞİD terrorçusunu öldürmüş snayperçi həlak olub

Bakı. 1 oktyabr. REPORT.AZ/ İraqda "Əl-Haşd əş-Şaabi" şiə könüllülərinin snayperçisi olan Əbu Tahsin əs-Salihi həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu günə qədər İŞİD terror qruplaşmasının 321 üzvünü öldürdüyünü iddia edirdi.

Bildirilir ki, Əbu Tahsin cümə günü, sentyabrın 29-da İŞİD-in İraqdakı son istinadgahı olan Əl-Havica yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə ölümcül yaralanıb.

Son xəbərlər

Orphus sistemi