​İraqda 11 nazir vəzifəsi ləğv edilib

​İraqda 11 nazir vəzifəsi ləğv edilib İslahatlar çərçivəsində baş nazirin üç müavini vəzifəsinin də ixtisar edilməsi nəzərdə tutulub
Digər ölkələr
17 Avqust , 2015 10:04
​İraqda 11 nazir vəzifəsi ləğv edilib

Bakı. 17 avqust. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-İbadi Nazirlər Kabinetinə daxil olan 11 nazirliyi və nazir vəzifəsini ləğv edib.

"Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.

Baş nazir bunu hökumətdə islahatlar çərçivəsində, o cümlədən korrupsiyaya qarşı mübarizə aparmaq üçün dövlət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə etdiyini bildirib.

Qeyd edək ki, bu ixtisardan sonra İraqda nazirlərin sayı 33-dən 22-ə enib. Əl-İbadinin həyata keçirməyə başladığı islahatlar çərçivəsində baş nazirin müavinlərinin sayının azaldılması və üç müavin vəzifəsinin də ləğv edilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi