Yuxarı
    Bağlamaq

    İraq XİN-in saytı səudiyyəli hakerin hücumuna məruz qalıb

    XİN: Haker saytı qırdıqdan sonra İslamı təhqir edən ifadə yazıb

    Bakı. 15 oktyabr. REPORT.AZ/ İraq Xarici İşlər Nazirliyinin saytı şənbə günü haker hücumuna məruz qalıb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, saytı qıran səudiyyəli haker olub.

    "Haker saytı qırdıqdan sonra İslamı təhqir edən ifadə yazıb", - deyə İraq XİN-in sözçüsü Əhməd Camal "Al Sumaria" telekanalına açıqlamasında bildirib.

    Onun sözlərinə görə, hazırda problemin aradan qaldırılması üzərində iş gedir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi