​İraq XİN: İŞİD Əl-Fəllucada insanlardan "canlı sipər" kimi istifadə edir

​İraq XİN: İŞİD Əl-Fəllucada insanlardan "canlı sipər" kimi istifadə edir Terrorçular məktəb, ev və xəstəxanalarda gizlənirlər
Digər ölkələr
25 May , 2016 07:12
​İraq XİN: İŞİD Əl-Fəllucada insanlardan canlı sipər kimi istifadə edir

Bakı. 25 may. REPORT.AZ/ İŞİD terror qruplaşmasının üzvləri İraqın Əl-Fəlluca şəhərinin sakinlərindən "canlı sipər" kimi istifadə edirlər.

"Report" xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd Camal "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, terrorçular mülki tikililər arasında, həmçinin məktəb, ev və xəstəxanalarda gizlənirlər.

İraqın təhlükəsizlik qüvvələri Bağdadın 60 km. qərbində yerləşən Əl-Fəlluca şəhərinə hücum zamanı mülki əhali arasında itkilərin qarşısını almaq üçün genişmiqyaslı iş aparıb.

Son xəbərlər

Orphus sistemi