İraq və Suriyada gedən döyüşlərdə 219 Fransa vətəndaşı öldürülüb

İraq və Suriyada gedən döyüşlərdə 219 Fransa vətəndaşı öldürülüb Təqribən 1700 fransalı İŞİD-ə qoşulub
Digər ölkələr
8 Noyabr , 2016 01:13
İraq və Suriyada gedən döyüşlərdə 219 Fransa vətəndaşı öldürülüb

Bakı. 8 noyabr. REPORT.AZ/ Son illər təqribən 1700 Fransa vətəndaşı Suriya və İraqda gedən döyüşlərdə bir sıra terror təşkilatlarının, xüsusilə də İŞİD qruplaşmasının tərkibində döyüşüb.

"Report" xəbər verir ki, bunu Fransanın baş naziri Manüel Vals prefekt və prokurorlar qarşısında çıxışı zamanı bildirib.

"Təqribən 1700 vətəndaşımız Yaxın Şərqdəki qaynar nöqtələrdə olublar. Onların haradasa 700 nəfəri hələ də oradadır, ən azı 219 nəfəri döyüşlərdə qətlə yetirilib", - deyə baş nazir bildirib.

Son xəbərlər

Orphus sistemi