Yuxarı
    Bağlamaq

    İraq şiələrinin dini lideri Müqtəda əs-Sədr amerikalıları ölkəni tərk etməyə çağırıb

    O bu addımı İraq vətəndaşlarının ABŞ-a girişinə qoyulan qadağaya cavab olaraq atıb

    Bakı. 29 yanvar. REPORT.AZ/ 2004-cü ildə beynəlxalq işğalçı qüvvələrə qarşı üsyan qaldıran İraq şiələrinin nüfuzlu dini lideri Müqtəda əs-Sədr bütün ABŞ vətəndaşlarından dərhal ölkədən getməyi tələb edib.

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, o bunu ABŞ prezidenti Donald Trampın İraq və digər altı müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a girişinə qoyduğu qadağaya cavab olaraq edib.

    "Ölkənizə girişi (Yeddi ölkə vətəndaşına - Report) qadağan etdiyiniz halda, İraq və digər ölkələri sərbəst şəkildə ziyarət etməyiniz, sizi qürurlandırar...Ona görə, siz öz vətəndaşlarınızı İraqdan çıxarmalısınız", - deyə Əs-Sədrin saytına yerləşdirilən bəyanatda deyilir.

    ABŞ prezidenti Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi