Yuxarı

İraq ordusu Tikrit şəhərini bir həftə ərzində tam nəzarətə alacağını bəyan edib

Səddam Hüseynin doğma şəhəri uğrunda döyüşlər iki həftədir davam edir

Bakı. 14 mart. REPORT.AZ/ İraq ordusu Tikrit şəhərində mühasirəyə aldıqları "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvlərini bir həftə ərzində məhv etməyə planlaşdırır.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Səddam Hüseynin doğma şəhəri uğrunda döyüşlər iki həftədir ki, davam edir.

Tikritin mərkəz hissəsinin 70 faizi hazırda hələ də İŞİD-in nəzarətindədir, lakin vəziyyət tədricən hökümət qüvvələrinin lehinə dəyişir.

Orduya dəstək verən könüllü dəstələrin üzvləri deyir ki, lazım gəlsə döyüşlər Tikritin hər küçəsi uğrunda aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi