Yuxarı
    Bağlamaq

    İraq ordusu Mosula şimal və şərq istiqamətlərindən daxil olub

    Antiterror dəstələri Mosulun şərqində yerləşən Əs-Səmah rayonunu İŞİD terrorçularından tamamilə təmizləyib

    Bakı. 1 noyabr. REPORT.AZ/ İraq ordusunun antiterror dəstələri Mosulun şərqində yerləşən Əs-Səmah rayonunu İŞİD qruplaşmasının terrorçularından tamamilə təmizləyib.

    "Report" RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli "Əl-İrakiya" telekanalı məlumat verib.

    Bildirilib ki, hərbçilər həmçinin İŞİD silahlılarını Mosulun şərqində yerləşən Kökcəli məhəlləsindən də çıxarıblar.

    Bununla yanaşı, İraq hərbçiləri Mosulun şimalından da şəhərə daxil olublar. Bu barədə "As Sumaria" kanalı ölkənin Silahlı Qüvvələrinin birləşmiş komandanlığına istinadən xəbər verib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi