İraq ordusu ilə kürd silahlı dəstələri arasında atəşkəs elan olunub

İraq ordusu ilə kürd silahlı dəstələri arasında atəşkəs elan olunub Razılaşma İraq ordusu ilə “peşmərgə”nin üz-üzə gəldiyi bütün təmas xəttini əhatə edəcək
Digər ölkələr
27 Oktyabr , 2017 16:35
İraq ordusu ilə kürd silahlı dəstələri arasında atəşkəs elan olunub

Bakı. 27 oktyabr. REPORT.AZ/ İraq ordusu ilə Kürd Muxtar Əyalətinin “peşmərgə” adlı silahlı dəstələri arasında atəşkəs elan olunması barədə razılıq əldə edilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu razılaşma İraq ordusu ilə “peşmərgə”nin üz-üzə gəldiyi bütün təmas xəttini əhatə edəcək.

Qeyd edək ki, muxtariyyətin başçısı Məsud Barzani sentyabrın 25-də əyalətdə keçirilən “referendum”u dondurduqlarını elan edib. Mərkəz Bağdad hakimiyyəti isə referendumun tamamilə ləğv olunmasını tələb edir. 

Son xəbərlər

Orphus sistemi