"Report" BBC-yə istinadən xəbər verir ki, yaşayış məntəqəsində ölkənin iri neft emalı zavodu (NEZ) yerləşir.
Bəzi məlumatlara görə, NEZ uğrunda döyüşlər hələ də, davam edir.
İŞİD terrorçuları şəhəri cari ilin iyun ayında işğal ediblər.
Ekspertlərin rəyinə görə, Bəycinin azad olunmasından sonra İraq ordusu terrorçuları qonşu Tikrik şəhərindən də çıxara bilər.
Bəyci Bağdadın 200 km şimal-qərbində yerləşir.