əBakı. 16. iyul. REPORT.AZ/ İraq
"Qoşunlarımız Ramadi şəhərinin mərkəzindən bir neçə kilometr aralıda yerləşir, biz bir neçə istiqamətdən şəhərin kənarındakı yaşayış məntəqələrinə daxil olmuşuq", - İraq Müdafiə Nazirliyinin sözçüsü Nasir Nuri bildirib.
May ayında yaraqlılar paytaxt Bağdaddan təxminən 100 km aralıda yerləşən Anbar əyalətinin paytaxtı, vacib strateji əhəmiyyət kəsb edən Ramadi şəhərini ələ keçirə bilmişdi. Bir qədər əvvəl verilən məlumata görə, bazar ertəsi İraq ordusu hazırda İŞID qruplaşmasının nəzarəti altında olan ölkənin qərbindəki Anbar əyalətinin böyük bir hissəsinin azad olunması ilə bağlı əməliyyata başlayıb.