Bakı. 2 yanvar. REPORT.AZ/ İraq ilə İran arasında nǝqliyyat sǝhǝsindǝki ǝmǝkdaşlığın güclǝndirilmǝsinǝ dair sǝnǝd imzalanıb.
İran Nǝqliyyat Nazirliyi mǝtbuat bürosundan verilǝn mǝlumatda, iki dǝmir yolunun çǝkilmǝsini dǝ nəzərdə tutan əmǝkdaşlığın inkişafa dair sǝnǝdi İraq Nǝqliyyat naziri Bakır ǝz-Zubeydi vǝ İranınTikinti vǝ Nǝqliyyat naziri Abbas Ahundi imzalayıblar.
"Report" TRT-yə istinadən xəbər verir ki, 37 km uzunluqdakibirinci dǝmir yol xətti İranın cǝnub-qǝrbindǝki Selamǝcǝ rayonu ilə İraqın cǝnub-şǝrqindǝki Bǝsra şəhərinə qədəruzanacaq.
İki xətt isə İranın qǝrbindǝki Kǝrmanşah şəhəri ilə Bağdadın şimalındakı Diyanə bölgəsini birləşdirəcək.