Yuxarı

​İraq-İordaniya sərhədində partlayış: 5 hərbçi ölüb, 9 nəfər yaralanıb

Hücum İŞİD terror təşkilatı tərəfindən həyata keçirilib

Bakı. 25 aprel. REPORT.AZ/ İraq-İordaniya sərhədindəki Traybil sərhəd-keçid məntəqəsində terror aktı törədilib.

"Report"un "Anadolu" agentliyinə istinadən xəbər verir ki, içərisinə bomba yerləşdirilmiş üç zirehli avtomobillə həyata keçirilən hücumda ilkin məlumata görə 5 hərbçi ölüb, 9 nəfər yaralanıb.

Ənbar Rayon Məclisinin sədri Sabah Kerhut hücumun İŞİD terror təşkilatı tərəfindən həyata keçirildiyini açıqlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi