İraq hərbçiləri Mosul yaxınlığındakı gizli tunelləri və terrorçuları məhv edib

İraq hərbçiləri Mosul yaxınlığındakı gizli tunelləri və terrorçuları məhv edib İraqın silahlı qüvvələri beynəlxalq koalisiyanın dəstəyi ilə Mosuldan cənub-qərb istiqamətində yeraltı tunellərin məhv edilməsi üzrə genişmiqyaslı əməliyyat keçirib.
Digər ölkələr
24 İyun , 2019 04:00
İraq hərbçiləri Mosul yaxınlığındakı gizli tunelləri və terrorçuları məhv edib

İraqın silahlı qüvvələri beynəlxalq koalisiyanın dəstəyi ilə Mosuldan cənub-qərb istiqamətində yeraltı tunellərin məhv edilməsi üzrə genişmiqyaslı əməliyyat keçirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraqın Birləşmiş Qüvvələrinin bəyanatında bildirilir.

Qeyd edilir ki, əməliyyat zamanı bir neçə tunel məhv edilib, habelə bir neçə silahlı zərərsizləşdirilib. Məlumata görə, əməliyyatın əsas hədəfi İŞİD terrorçularının qaçışının qarşısını almaq olub.

Rəsmi məlumata əsasən, əməliyyat dəqiq axtarış tədbirləri ilə müşayiət olunub. Nəticədə 10 tunel və mağara məhv edilib. Mağarada gizlənən terrorçular öldürülüb. Həmçinin döyüşçülərin anbarları yandırılıb.

İraq hərbçiləri bildiriblər ki, genişmiqyaslı əməliyyat nəticəsində terrorçuların Əl-Hader, Əl-Sayniyə və ətraf rayonlar arasındakı təchizatı yolu məhv edilib.

Son xəbərlər

Orphus sistemi