Yuxarı
    Bağlamaq

    ​İranlı iş adamı edam hökmündən şikayət edəcək

    Milyarder İran neftinin satışından əldə olunan vəsaitlərin israf edilməsində təqsirləndirilir

    Bakı. 8 mart. REPORT.AZ/ İranlı iş adamı Babək Zəncaninin İran Milli Neft Şirkətinə (NİOC) 2,6 mlrd. avro borcu tərəfdaşların ödənişləri gecikdirməsi səbəbindən 3 mlrd. avroya çatıb.

    "Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu barəsində edam hökmü çıxarılan B.Zəncani vəkili Rəsul Kuhpeyzadəyə bildirib.

    Məlumata görə, o, İnqilab Məhkəməsinin qərarından ölkənin Ali Məhkəməsinə şikayət edəcək.

    Qeyd edək ki, martın 6-da İran İnqilab Məhkəməsi əvvəllər neft satışı ilə bağlı korrupsiya ittihami üzrə həbs olunan yerli iş adamı B.Zəncanini asılma yolu ilə ölüm hökmünə məhkum edib. Məlumata görə, o, neft satışı ilə ölkəyə qarşı sanksiyalar tətbiq edilən zaman məşğul olub. Milyarder İran neftinin satışından əldə olunan vəsaitlərin "israf edilməsi"ndə təqsirli bilinir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi