Yuxarı

​İranla diplomatik qalmaqal yaşayan dövlətlərin sayı 4-ə çatıb

Sudan Respublikası İranın ölkədəki səfirini persona non-qrata edib

Bakı. 4 yanvar. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) İranla diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması haqda qərar qəbul edib.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Məlumata görə, BƏƏ İrandakı diplomatlarının sayını azaltmaq haqda qərar qəbul edib. Bundan başqa, BƏƏ İrandakı səfirini geri çağırıb.

Sudan da İranla diplomatik münasibətləri kəsdiyini elan edib. Bu haqda ölkə prezidenti Ömər əl-Bəşirin administrasiyası bildirib.

"Sudan Respublikası İranın ölkədəki səfirini "persona non-qrata" (arzuedilməz şəxs) elan edərək, diplomatik nümayəndəliyin bütün əməkdaşlarının ölkəni tərk etməsini tələb edib. Bununla yanaşı, Sudan İrandakı səfirini də geri çağırıb", - deyə administrasiya vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi