İranın Yəməndəki qiyamçılara silah daşıyan iki qayığı saxlanılıb

İranın Yəməndəki qiyamçılara silah daşıyan iki qayığı saxlanılıb Saxlanılanlar İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı ünsürlərin qiyamçıları silahlandırdığını etiraf ediblər
Digər ölkələr
15 Noyabr , 2016 01:43
İranın Yəməndəki qiyamçılara silah daşıyan iki qayığı saxlanılıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Yəməndə husi qiyamçılarına silah daşıdığı təsbit edilən İranın iki qayığı saxlanılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qayıq Yəmənin Əl-Hudeydə vilayətinin Es-Salif limanına doröğu hərəkət edərkən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən saxlanılıb.

İnformasiyaya əsasən, Əl-Hudeydə Xalq Müqavimət Güclərinin yaydığı açıqlamada bildirilib ki, İrana aid qayıqlarda müasir silah və sursatın olduğu təsbit edilib.

Məlumata görə, silah və sursatlar qayıqlar husilərə yardım etmək məqsədi ilə İrandan yola düşüb. Saxlanılanlar İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı ünsürlərin qiyamçıları silahlandırdığını etiraf ediblər.

Son xəbərlər

Orphus sistemi