İranın tutduğu konteyner gəmisinin şəxsi heyəti salamatdır

İranın tutduğu konteyner gəmisinin şəxsi heyəti salamatdır İran rəsmiləri iddia edirlər ki, gəmi İranın ərazi sularında tutulub
Digər ölkələr
30 Aprel , 2015 21:35
İranın tutduğu konteyner gəmisinin şəxsi heyəti salamatdır

Bakı. 30 aprel. REPORT.AZ/ İran tərəfindən ötən gün Hörmüz boğazında tutulmuş konteyner gəmisinin heyətinin salamat olduğu xəbər verilir.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, əksəriyyəti Şərqi Avropa və Asiyadan olan 24 nəfərlik gəmi heyətinin idarə etdiyi "Maersk Tigris" gəmisi Bəndər-Abbas sahilində lövbər salıb.

Danimarkanın Maersk şirkəti Marşal adalarının bayrağı altında üzən gəminin iranlılar tərəfindən saxlanmasının səbəbinin hələ də aydın olmadığını bildirib.

İran rəsmiləri iddia edirlər ki, gəmi İranın ərazi sularında tutulub.

İran mediası isə xəbər verir ki, gəmi İran şirkətinə olan borca görə məhkəmə qərarı ilə saxlanıb.

Bundan əvvəl gəminin Amerikaya məxsus olduğu barədə xəbərlər yayılmış, Pentaqon bu xəbərləri təkzib etmişdi.

Son xəbərlər

Orphus sistemi