Yuxarı

İranda neft emalı zavodunda güclü yanğın olub

Dörd nəfər xəsarət alıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ İranın cənubunda yerləşən Assaluye sənaye regionunda "Mobin Petrochemical" şirkətinə məxsus neft emalı zavodunda baş verən güclü yanğında dörd nəfər xəsarət alıb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, yanğınsöndürmə xidmətinin əməkdaşlarının səyi nəticəsində yanğın lokallaşdırılıb.

Buşehr əyalətinin Antiböhran idarəsinin nümayəndəsi Kasem Kaedinin bildirdiyinə görə, zavodun yaxınlığında yerləşən "Cənubi Fars" qaz yatağındakı işlərə heç bir təhlükə yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi