Bakı. 7 may. REPORT.AZ/ İranda İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriyaya gedən 16 qadın müxtəlif ittihamlar üzrə həbs cəzasına məhkum edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Tehran şəhərinin baş prokuroru Abbas Cəfər Dolatabadiyə istinadən IRNA məlumat yayıb.
Onun sözlərinə görə, qadınlar döyüş hazırlığı keçib və Suriyada bir neçə əməliyyatda iştirak ediblər.
Dolatabadi əlavə edib ki, onlar İrana qayıdan kimi həbs olunublar. Qadınların məhkumluq müddəti açıqlanmır.