İran XİN-i: ABŞ-ın yeni sanksiyaları heç bir hüquqi legitimliyə malik deyil

İran XİN-i: ABŞ-ın yeni sanksiyaları heç bir hüquqi legitimliyə malik deyil Daha əvvəl ABŞ Maliyyə Nazirliyi İranın raket proqramında iştirak etdiklərinə görə bir sıra şirkətləri "qara siyahı"ya salmışdı
Digər ölkələr
18 Yanvar , 2016 13:02
İran XİN-i: ABŞ-ın yeni sanksiyaları heç bir hüquqi legitimliyə malik deyil

Bakı. 18 yanvar. REPORT.AZ/ Rəsmi Tehran ABŞ-ın Fələstin və Yəmən vətəndaşlarına qarşı istifadə edilmiş silah satışını diqqətə alanda amerikalıların yeni sanksiyalarının heç bir hüquqi və mənəvi legitimliyə malik olmadığını hesab edir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, daha əvvəl ABŞ Maliyyə Nazirliyi İranın raket proqramında iştirak etdiklərinə görə altı İran və bir Çin vətəndaşını, eləcə də BƏƏ-nin iki, Çinin bir şirkətini sanksiyaya məruz qalanların siyahısına salmışdı.

Sanksiyalar özündə bu şəxslər və şirkətlərlə istənilən maliyyə əməliyyatını qadağan edilməsini, onların ABŞ-da və ABŞ banklarındakı əmlak və hesablarını dondurulmasını ehtiva edir.

Son xəbərlər

Orphus sistemi