İran və Suriya hərbi əməkdaşlıq haqqında saziş imzalayıb

İran və Suriya hərbi əməkdaşlıq haqqında saziş imzalayıb Bakı. 27 avqust. REPORT.AZ/ İran və Suriyanın Müdafiə nazirlikləri hərbi-texniki əməkdaşlığın genişləndirilməsi barədə saziş imzalayıblar.
Digər ölkələr
27 Avqust , 2018 11:06
İran və Suriya hərbi əməkdaşlıq haqqında saziş imzalayıb
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ İran və Suriyanın Müdafiə nazirlikləri hərbi-texniki əməkdaşlığın genişləndirilməsi barədə saziş imzalayıblar.

"Report" İRNA-ya istinadən xəbər verir ki, sənədə İranın müdafiə naziri Əmir Hatəmi və suriyalı həmkarı Əli Abdalla Əyub imza atıblar. 

"Bu razılaşma ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır", - deyə Ə.Hatəmi danışıqlardan sonra bildirib.

Ə.A.Əyub isə qeyd edib ki, Suriyada hərbi mərhələ başa çatıb və ölkənin bərpası dövrü başlayır. "Hərbi-texniki əməkdaşlıq üzrə sazişin imzalanması Tehranla Dəməşq arasında əməkdaşlığın inkişafını göstərir", - o, əlavə edib.

Qeyd edək ki, İranın müdafiə naziri Əmir Hatəmi avqustun 26-da Suriyaya ikigünlük səfər edib. O, bir neçə suriyalı nazirlə, eləcə də ölkə prezidenti Bəşşar Əsədlə görüşüb. 

Son xəbərlər

Orphus sistemi