İran və Rusiyanın Ankaradakı səfirləri Türkiyə XİN-ə çağırılıb

İran və Rusiyanın Ankaradakı səfirləri Türkiyə XİN-ə çağırılıb Rusiyanın Ankaradakı Səfirliyi məlumatı şərh etməyib
Digər ölkələr
9 Yanvar , 2018 21:45
İran və Rusiyanın Ankaradakı səfirləri Türkiyə XİN-ə çağırılıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Rusiyanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu, Suriyanın hökumət qüvvələrinin İdlibdəki deeskalasiya zonasında atəşkəs rejimini pozması ilə əlaqədardır. Rusiya diplomatı ilə yanaşı, Suriyadakı sülhün digər təminatçısı olan İranın Ankaradakı səfiri də Türkiyə XİN-ə çağırılıb.

Rusiyanın Ankaradakı Səfirliyi məlumatı şərh etməyib.

Son xəbərlər

Orphus sistemi