Yuxarı
    Bağlamaq

    İran və “altılıq” ölkələri arasında növbəti görüş yanvarın 18-də Cenevrədə keçiriləcək

    Bu barədə İrandakı diplomatik mənbə telefonla məlumat verib

    Bakı. 6 yanvar. REPORT.AZ/ İran və “altılıq” ölkələri arasında növbəti görüşün Cenevrədə yanvarın 15-də deyil, 18-də keçirilməsi qərara alınıb.

    "Report" TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə İrandakı diplomatik mənbə telefonla məlumat verib.

    O deyib ki, bu qrafik bütün tərəfləri qane etdiyindən belə bir qərar qəbul olunub. Plenar iclasdan bir gün əvvəl İran tərəfinin həm Rusiya, həm də Amerika nümayəndə heyətləri ilə ikitərəfli danışıqları nəzərdə tutulur.

    Rusiyanı danışıqların növbəti raundunda həmişəki kimi xarici işlər nazirinin müavini Sergey Ryabkov təmsil edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi