Yuxarı

İran Sinqapur gəmisinə atəş açıb

Cef Ratki: Bu hadisənin meydana gəlməsi səbəbini anlamağa çalışırıq

Bakı. 15 may. REPORT.AZ/ İranın beş patrul kateri Bəsrə körfəzində Sinqapur bayrağı altında üzən gəmiyə xəbərdarlıq atəşi açıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Elis Smit bildirib.

Onun sözlərinə görə, açılan atəşdən sonra Sinqapur gəmisi Birləşmiş Ərəb Əmirliyi istiqamətində hərəkət edib: "Həmin gəmidə ABŞ vətəndaşları olmayıb".

Dövlət Departamentinin sözçüsü Cef Ratki də bu məsələyə münasibət bildirib: "Hörmüz və Babül-Məndəb boğazları arasındakı beynəlxalq sularda ticarət və səyahət gəmilərinin sərbəst hərəkətinə mane olan hər olay bizi qayğılandırır. Bu hadisənin meydana gəlməsi səbəbini anlamağa çalışırıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi