İran Şimali Koreyaya nüvə silahının yaradılmasında gizli kömək edə bilər

İran Şimali Koreyaya nüvə silahının yaradılmasında gizli kömək edə bilər Bu ehtimal ilə Britaniyanın "Sunday Telegraph" qəzeti çıxış edib
Digər ölkələr
10 Sentyabr , 2017 04:37
İran Şimali Koreyaya nüvə silahının yaradılmasında gizli kömək edə bilər

Bakı. 10 sentyabr. REPORT.AZ/ Tehran nüvə silahının yaradılmasında Pxenyana kömək edə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu ehtimal ilə bazar günü Britaniyanın "Sunday Telegraph" qəzeti çıxış edib

Britaniya hökumətindən nəşrə bildirilib ki, Şimali Koreyanın nüvə silahının yaradılması üzrə planı belə sürətlə həyata keçirməsi İranın gizli dəstəyi ilə baş verə bilər.

Nəşrin məlumatına görə, hazırda Böyük Britaniyanın Xarici İşlər Nazirliyi KXDR-yə belə texnologiyaları indiki və ya keçmiş nüvə dövlətlərinin hansının verdiyini araşdırır. Belə "xidmətlər" göstərə biləcək ölkələrin siyahısına İran İslam Respublikası rəhbərlik edir.

KXDR hökuməti sentyabrın 3-də hidrogen bombasının başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi