Bakı. 30 aprel. REPORT.AZ/ Danimarkanın "Maersk" nəqliyyat şirkətinə məxsus "Tigris" yük gəmisi borc məsələsi həll edildikdən sonra sərbəst buraxılacaq. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İranın Danimarkadakı səfirliyinin açıqlamasında bildirilir.
"Təbii ki, gəmi sərbəst buraxılacaq və ona son dayanacağa getməyə icazə veriləcək. Lakin bu, "Maersk" şirkətinin borc məsələsini həll etməsindən sonra baş verəcək", - səfirliyin rəsmi saytında yerləşdirilmiş açıqlamada qeyd olunub.
Qeyd edək ki, "Tigris" yük gəmisində Şərqi Avropa və Asiyadan olmaqla 34 ekipaj üzvü var.