İran prezidenti danışıqlarda yekun addımlar atmağa çağırıb

İran prezidenti danışıqlarda yekun addımlar atmağa çağırıb Ruhani Almaniyanın kansleri Angela Merkel ilə telefon danışığı aparıb
Digər ölkələr
29 Mart , 2015 09:52
İran prezidenti danışıqlarda yekun addımlar atmağa çağırıb

Bakı. 29 mart. REPORT.AZ/ "Altılıq" ölkələri nüvə proqramı ilə bağlı razılaşma əldə etmək üçün son addımları atmalıdır. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani Almaniya kansleri Angela Merkel ilə telefon danışığı zamanı bildirib. 

"Biz həssas bir mərhələyə çatmışıq. İran danışıqları zamanı kifayət qədər güzəştlərə gedib, indi əks tərəf son addımlarını atmalıdır", - Ruhani vurğulayıb.

Telefon danışığı zamanı hər iki siyasətçi İrana qarşı sanksiyaların ləğv olunmasının zəruriliyini qeyd edib. 

Martın 26-da İsveçrənin Lozanna şəhərində İran və "altılıq" (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında danışıqların növbəti  raundu başlayıb. Tərəflər martın sonunadək razılaşmanın siyasi tərəfini və iyunun sonunadək isə ümumi razılaşmanın hazırlanması üçün diplomatik səylər göstərir. 

Son xəbərlər

Orphus sistemi