İran ikili vətəndaşlığa malik olan dörd şəxsi azad edib

İran ikili vətəndaşlığa malik olan dörd şəxsi azad edib Tehran bildirir ki, azadlığa buraxılanlar ABŞ məhbəsində saxlanılan 7 iranlıya dəyişdiriləcək
Digər ölkələr
16 Yanvar , 2016 22:05
İran ikili vətəndaşlığa malik olan dörd şəxsi azad edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Tehran "Washington Post" qəzetinin müxbiri Jason Rezaianla yanaşı ikili vətəndaşlığa (ABŞ-İran) malik olan daha üç məhbusu azad edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, casusluqda ittiham edilən 39 yaşlı Rezaian ötən il məhkum olunmuşdu.

İran televiziyası ilə azad olunacaq şəxslərin adları açıqlanıb. Bunlar Saed Abedini, Əmir Hekmati və Nüsrətullah Xosravidir.

Tehran bildirir ki, azadlığa buraxılanlar ABŞ məhbəsində saxlanılan 7 iranlıya dəyişdiriləcək. Hərçənd ki, bu məlumat ABŞ tərəfindən hələ ki, təsdiqlənməyib.

Azad olunma barədə xəbərdən əvvəl İranın xarici işlər naziri Tehrana qarşı sanksiyaların ləğv olunacağını bildirib.

Şənbə günü Avstriya paytaxtına gələn ABŞ dövlət katibi John Kerry, Aİ xarici işlər komissarı Federica Mogherini və İranın xarici işlər naziri Cavad Zərif nüvə razılaşması ilə bağlı tərəqqini müzakirə etməlidirlər.

Son xəbərlər

Orphus sistemi