İran BMT-nin qətnamələrini pozması ilə bağlı ABŞ-ın ittihamlarını təxribat adlandırıb

İran BMT-nin qətnamələrini pozması ilə bağlı ABŞ-ın ittihamlarını təxribat adlandırıb Bəhram Qasimi: "Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinnin ittihamları, əsassız, təkrar və fitnəkardır"
Digər ölkələr
3 Fevral , 2017 05:25
İran BMT-nin qətnamələrini pozması ilə bağlı ABŞ-ın ittihamlarını təxribat adlandırıb

Bakı. 3 fevral. REPORT.AZ/ İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasimi ölkəsinin keçirdiyi raket sınaqlarının BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozması ilə bağlı ABŞ-ın bəyanatını əsassız və fitnəkar adlandırıb.

"Report" xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

"Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinnin ittihamları, əsassız, təkrar və fitnəkardır", - deyə diplomat bildirib.

Qeyd edək ki, bu yaxınlarda İranın ballistik raketinin sınaqdan çıxarmasından sonra Maykl Flinn bildirib ki, ABŞ İrana rəsmən xəbərdarlıq edir. O, İran hakimiyyətini BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmaqda ittiham edib.

ABŞ prezidenti İran probleminin hərbi yolla həlli məsələsini istisna etməyib. Həmçinin İrana qarşı yeni sanksiyalar təklif edilir. 

Son xəbərlər

Orphus sistemi