İran ABŞ-la danışıq şərtlərini açıqlayıb

İran ABŞ-la danışıq şərtlərini açıqlayıb Bakı. 31 iyul. REPORT.AZ/ İran Prezidenti Administrasiyası rəhbərinin müavini Həmid Abutalebi bildirib ki, ölkəsinin ABŞ-la danışıqları Vaşinqtonun nüvə sazişinə qayıdışı şərti ilə mümkündür.
Digər ölkələr
31 İyul , 2018 02:58
İran ABŞ-la danışıq şərtlərini açıqlayıb

Bakı. 31 iyul. REPORT.AZ/ İran Prezidenti Administrasiyası rəhbərinin müavini Həmid Abutalebi bildirib ki, ölkəsinin ABŞ-la danışıqları Vaşinqtonun nüvə sazişinə qayıdışı şərti ilə mümkündür.

"Report" xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb.

"Kim ki, mədəni cəmiyyətlərdə mübahisələrin həlli metodu kimi dialoqa inanır, o, həmçinin bunları yerinə yetirməlidir: İranın böyük millətinə hörməti, döyüş hərəkətlərinin ixtisarını və nüvə sazişinə qayıdışı. Nüvə sazişinə qayıdış – dialoq üçün məcburi şərtdir, nüvə sazişi bağlanmalıdır ", - deyə o, "Twitter"də yazıb.

Bazar ertəsi ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhani ilə heç bir şərt olmadan görüşü istisna etməyib. O, əlavə edib ki, İran da bu istəklə çıxış etməlidir, amma qarşı tərəf belə görüşə çətin ki, hazırdır.

Son xəbərlər

Orphus sistemi