ABŞ-ın İraqdakı bazasına azı 35 zərbə endirilib, Pentaqonun təyyarəsi məhv edilib

ABŞ-ın İraqdakı bazasına azı 35 zərbə endirilib, Pentaqonun təyyarəsi məhv edilib İran tərəfindən raket atəşinin gedişatında ABŞ-ın Hərbi Hava Qüvvələrinin təyyarəsi İraqın Ayn-al-Asad bazasında uçuş-enmə zolağında məhv edilib.
Digər ölkələr
8 Yanvar , 2020 06:03
ABŞ-ın İraqdakı bazasına azı 35 zərbə endirilib, Pentaqonun təyyarəsi məhv edilib

İran tərəfindən raket atəşinin gedişatında ABŞ-ın Hərbi Hava Qüvvələrinin təyyarəsi İraqın "Ayn-al-Asad" bazasında uçuş-enmə zolağında məhv edilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Al-Mayadin" telekanalı bildirib. 

"Bazanın Amerika hissəsində, uçuş-enmə zolağında təyyarələrdən birinin məhv edilməsi təsdiqlənib", - deyə telekanal bildirib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri İraqdakı hərbi bazaya azı 35 zərbə endirib. Bu barədə isə “Tasnim” agentliyi xəbər verib.

"Hazırda İraqda "Ayn-al-Asad" bazasına azı 35 dəfə hücüm edilib", - məlumatlı mənbəyə istinadən agentlik xəbər verib.

Son xəbərlər

Orphus sistemi