İordaniyanın Fransadakı səfirliyinin binası qarşısında partlayış olub - ƏLAVƏ OLUNUB

İordaniyanın Fransadakı səfirliyinin binası qarşısında partlayış olub - ƏLAVƏ OLUNUB Ölən və yaralanan olmayıb
Digər ölkələr
4 Oktyabr , 2017 12:11
İordaniyanın Fransadakı səfirliyinin binası qarşısında partlayış olub - ƏLAVƏ OLUNUB

Bakı. 4 oktyabr. REPORT.AZ/ İordaniyanın Fransadakı səfirliyinin hərbi attaşeliyinin binası qarşısında partlayış olub.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyi ölkə televiziyasında açıqlama yayıb.

Məlumata görə, Parisdə hərbi attaşeliyin binası qarşısında partlayıcı quraşdırılmış motosiklet partladılıb.

Fransa Xarici İşlər Nazirliyi hücumun baş verdiyini təsdiqləsə də, hadisənin səbəbini bilmədiyini açıqlayıb.

Partlayış nəticəsində ölən və yaralanan olmayıb.

Son xəbərlər

Orphus sistemi