İordaniyada yeni hökumət formalaşdırılacaq

İordaniyada yeni hökumət formalaşdırılacaq Bakı. 14 iyun. REPORT.AZ/ İordaniya kralı II Abdulla cümə axşamı təhsil naziri Ömər Ər-Rəzzazın rəhbərliyi ilə yeni hökumətin formalaşdırılması haqqında fərman imzalayıb.
Digər ölkələr
14 İyun , 2018 17:13
İordaniyada yeni hökumət formalaşdırılacaq
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ İordaniya kralı II Abdulla cümə axşamı təhsil naziri Ömər Ər-Rəzzazın rəhbərliyi ilə yeni hökumətin formalaşdırılması haqqında fərman imzalayıb.

Bu barədə "Report" Kral Dəftərxanasının rəsmi saytına istinadən məlumat verir.

Ötən həftə Ər-Rəzzaz İordaniya hökumətinin andiçmədən sonra ölkədə kütləvi etiraz aksiyalarına səbəb olan gəlir vergisi ilə bağlı qanun layihəsini geri çağıracağını söyləyib.

Fərmana əsasən, formalaşdırılan yeni hökumət 28 nazirdən ibarət olacaq, onlardan yeddisi qadındır.

Xatırladaq ki, İordaniyanın baş naziri Hani əl-Muliki iyunun əvvəlində krala istefa ərizəsi verib və hökumətin vergi siyasətinin səbəb olduğu kütləvi etirazlara görə nazirlərin istefasını tələb edib.

Son xəbərlər

Orphus sistemi