İordaniyada polisə və turistlərə hücum etmiş 4 silahlı zərərsizləşdirilib - YENİLƏNİB-3 - FOTO

İordaniyada polisə və turistlərə hücum etmiş 4 silahlı zərərsizləşdirilib - YENİLƏNİB-3 - FOTO Təhlükəsizlik qüvvələrinin nümayəndəsi bildirib ki, polisə və turistlərə hücum terror aktıdır
Digər ölkələr
19 Dekabr , 2016 03:24
İordaniyada polisə və turistlərə hücum etmiş 4 silahlı zərərsizləşdirilib - YENİLƏNİB-3 - FOTO

Bakı. 19 dekabr. REPORT.AZ/ İordaniyanın Əl-Qarah şəhərində polisə və turistlərə hücum etmiş 4 silahlı zərərsizləşdirilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələrinin silahlılara qarşı əməliyyatı başa çatıb.

Qeyd edək ki, silahlılar bir neçə turisti girov götürərək orta əsrlərə aid qəsrlərdən birində gizlənmişdilər. Hüquq-mühafizə orqanlarının məlumatıəna görə, silahlıların sayı 4-6 nəfər ola bilər.

Təhlükəsizlik qüvvələri əməliyyatın gedişi zamanı külli miqdarda silah-sursat da müsadirə edib. Krallığın təhlükəsizlik qüvvələrinin nümayəndəsi isə bildirib ki, Əl-Qarah şəhərində polisə və turistlərə hücum terror aktıdır. 

Qeyd edək ki, İordaniyanın Əl-Qarah şəhərində polis postuna hücum edən silahlılarla asayiş keşikçiləri arasında baş vermiş atışma zamanı 10 nəfər ölüb.

Kanada hökuməti terror aktında bu ölkədən olan vətəndaşının öldürülməsini pisləyib. Kanada Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Kanada hökuməti İordaniyaya bu iyrənc hücumun təşkilatçılarının məsuliyyətinə cəlb edilməsində kömək etməyə hazırdır.



***22:30

İordaniyanın Əl-Qarah şəhərində polis postuna hücum edən silahlılarla asayiş keşikçiləri arasında baş vermiş atışma zamanı ölənlərin sayı 10 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Məlumata görə, ölənlərdən 5-i təhlükəsizlik qüvvələrinin əməkdaşı, 4-ü mülki vətəndaş, 1-i isə Kanadadan olan turistdir. Hadisə zamanı polis və mülki vətəndaşlar da daxil olmaqla, 30 nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Məlumatda həmçinin bildirilir ki, silahlıların girov götürdükləri şəxslər təhlükəsizlik qüvvələri tərəfindən azad ediliblər. Onların arasında əcnəbi turistlər də var. 

"Sky News Arabia"nın məlumatına görə isə, hazırda şəhərdə istimai asayiş təmin edilib. Yaxın saatlarda ölkənin Daxili İşlər Nazirliyinin əməliyyatla bağlı rəsmi açıqlama yayacağı gözlənilir.



***19:40

İordaniyada polislərə və turistlərə hücum etmiş silahlılar bir neçə nəfəri girov götürüb.

"Report" xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə" telekanalı İordaniya hökumətinin mətbuat katibi Məhəmməd əl-Momaniyə istinadən məlumat yayıb.

Məlumata görə, silahlılar girovları Əl-Qarah şəhərindəki orta əsrdən qalmış qəsrdə saxlayırlar. Mətbuat katibinin sözlərinə görə, qəsrdə 5 silahlı gizlənib. Həmin şəxslər bu gün səhər polis bölməsinə və partul maşınına hücum ediblər.

Qeyd edək ki, cinayətkar qrupun hücum nəticəsində İordaniya təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı və Kanadadan olan turist həlak olub. Hücum zamanı həmçinin 9 nəfər müxtəlif dərəcəli xəsarət alıb. 

Hazırda təhlükəsizlik qüvvələri girovları xilasetmə əməliyyatı həyata keçirir. 



***18:20

İordaniyanın qərbindəki Əl-Qarah şəhərində naməlum silahlılar polis məntəqəsinə və turist avtobusuna hücum edib.

"Report"un məlumatına görə, bu barədə "Agency France Presse" məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində aralarında turist də olmaqla, 5 nəfər ölüb. Xəbərdə bildirilir ki, cinayəti terror qruplaşmasının etdiyi istisna edilmir.

Mənbənin agentliyə verdiyi məlumata görə, polis məntəqəsinə və turist avtobusuna hücum zamanı atışma baş verib. Hadisə zamanı daha 9 nəfər yaralanıb.

Ərazi antiterror qüvvələri tərəfindən nəzarətə götürülüb. Onlar silahlıların gizləndiyi orta əsrlərdən qalmış malikanəyə hücum etməyə hazırlaşırlar.

Silahlı qüvvələrdəki mnənbənin sözlərinə görə, həlak olmuş turist Kanada vətəndaşıdır.  

Son xəbərlər

Orphus sistemi