Yuxarı

İordaniyada ATƏT-in beynəlxalq konfransı keçirilir

Konfransda ATƏT-in baş katibi Lamberto Zanyer iştirak edir.

Bakı. 20 oktyabr. REPORT.AZ/ ATƏT-in beynəlxalq konfransında təşkilatın 57 üzv ölkəsinin, Aralıq dənizi hövzəsinin 6 ölkəsinin və bir sıra beynəlxalq qurumların nümayəndələri iştirak edirlər.

Beynəlxalq konfransda Aralıq dənizi regionunda əməkdaşlığın perspektivləri və ümumi təhlükəsizliyin aktual məsələləri müzakirə ediləcək. Konfransda ATƏT-in baş katibi Lamberto Zanyer, habelə bir çox dövlətlərin xarici siyasət idarələrinin başçıları iştirak edirlər.

İordaniyada Ölü dənizin sahilində keçirilən ikigünlük konfransda ATƏT və Aralıq dənizi regionu ölkələrinin qarşılaşdığı müasir çağırış və təhdidlərə, o cümlədən ekstremizmə, terrorçuluğa və millətçiliyə qarşı müqavimət göstərmək barədə fikir mübadiləsi aparılacaq. Həmçinin dinlərarası və mədəniyyətlərarası dialoqun mühüm rolu, qaçqınların müdafiəsi, qeyri-leqal miqrasiya, insan alveri və digər məsələlər müzakirə ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi