İordaniyada 15 nəfər edam edilib

İordaniyada 15 nəfər edam edilib Onlardan 10 nəfəri terrorçu qruplaşmanın üzvü olmaqla ölkənin şimal-qərbində terror törətməyi planlaşdırıbmış
Digər ölkələr
4 Mart , 2017 13:11
İordaniyada 15 nəfər edam edilib

Bakı. 4 mart. REPORT.AZ/ İordaniyada martın 4-də 15 nəfər edam olunub.

“Report” BBC-yə istinadən xəbər verir ki, onlar günahlarını etraf ediblər.

Məlumata görə, onlardan 10 nəfəri terrorçu qruplaşmanın üzvü olmaqla ölkənin şimal-qərbində yerləşən İrbid şəhərində terror törətməyi planlaşdırırmış.

Xəbərdə bildirilib ki, barələrində edam hökmü çıxarılan daha 5 nəfər isə seksual xarakterli ağır cinayətlər törədiblər. 

Son xəbərlər

Orphus sistemi