İordaniya İsraildən səfirliyinin bütün əməkdaşlarının dəyişdirilməsini tələb edib

İordaniya İsraildən səfirliyinin bütün əməkdaşlarının dəyişdirilməsini tələb edib İordaniya kral II Abdulla avqustun 7-də Ramallaha gedəcək və Fələstin lideri Mahmud Abbasla görüşəcək
Digər ölkələr
4 Avqust , 2017 12:10
İordaniya İsraildən səfirliyinin bütün əməkdaşlarının dəyişdirilməsini tələb edib

Bakı. 4 avqust. REPORT.AZ/ İordaniya İsraildən Əmmandakı səfirliyinin bütün əməkdaşlarının dəyişdirilməsini tələb edib.

“Report” xəbər verir ki, bu barədə “Ediot Ahronot” məlumat yayıb.

Bildirilib ki, buna səbəb olaraq, İsrail səfirliyinin mühafizəçisinin İordaniyanın iki təbəəsini öldürməsi göstərilir.

Qeyd edək ki, İordaniya kralı II Abdulla avqustun 7-də Ramallaha gedəcək və Fələstin lideri Mahmud Abbasla görüşəcək.

Xatırladaq ki, iyulun 23-də İsrailin Əmmandakı səfirliyinə hücum nəticəsində iki mühafizəçi yaralanıb, İordaniyanın iki təbəəsi öldürülüb.

İyulun 25-də İsrailin baş naziri Binyamin Netanyahu səfirliyin mühafizəçisi Ziv Moyyalla görüşərək, ona təşəkkür edib. Mühafizəçinin adı məlum olduqdan sonra İsrailin cənubunda ailəsinin yaşadığı qəsəbədə təhlükəsizlik tədbirləri gücləndirilib. 

Son xəbərlər

Orphus sistemi