Nigeriyada azı 14 nəfər prezidentin çıxışından sonra yaranan izdihamda həlak olub

Nigeriyada azı 14 nəfər prezidentin çıxışından sonra yaranan izdihamda həlak olub Bakı. 13 fevral. REPORT.AZ/ Nigeriyanın cənubundakı Rivers ştatında prezident Məhəmməd Buxarinin seçkiqabağı çıxışından sonra yaranan sıxlıqda - izdihamda azı 14 nəfər həlak olub.
Digər ölkələr
13 Fevral , 2019 04:56
Nigeriyada azı 14 nəfər prezidentin çıxışından sonra yaranan izdihamda həlak olub

Bakı. 13 fevral. REPORT.AZ/ Nigeriyanın cənubundakı Rivers ştatında prezident Məhəmməd Buxarinin seçkiqabağı çıxışından sonra yaranan sıxlıqda - izdihamda azı 14 nəfər həlak olub.

Bu barədə "Report" yerli "Vanguard" nəşrinə istinadən bildirir.

Nəşrin məlumatına görə, prezidentin seçkiqabağı mitinqi Port-Harkort şəhərindəki stadionda keçirilib. İzdiham o, stadionu tərk edəndən sonra yaranıb. İnsan sıxlığı zamanı bir neçə nəfər yerə yıxılıb və insanların ayaqları altında qalıblar.

"Mən 14 nəfərin həlak olduğunu təsdiqləyə bilərəm... Rəqəmlər dəyişə bilər. Xəsarət alanlar həkim nəzarəti altındadır", - deyə Port-Harkortdakı xəstəxananın nümayəndəsi Kem Daniel-Elebiqa bildirib.

Nigeriyada Milli Məclisə və ölkə prezidentliyinə ümumi seçkilər fevralın 16-da keçiriləcək.

Daha əvvəl Nigeriyanın Zamfara ştatının kəndlərinə silahlı şəxslərin hücumu nəticəsində azı 26 nəfər qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi