Bakı. 10 mart. REPORT.AZ/ İnquşetiyada "Doliyev işi" ilə bağlı respublika üzrə Daxili İşlər Nazirliyinin (DİN) Ekstremizmlə Mübarizə Mərkəzinin 6 əməkdaşı saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə region rəhbəri Yunus-Bek Yevkurov məlumat verib.
O bildirib ki, "hadisə ilə bağlı araşdırma aparılır, 6 nəfər saxlanılıb, həbs edilib və istintaq altındadır".
Faktla bağlı cinayət işi qaldırılıb.
Bundan əvvəl məlum olub ki, DİN əməkdaşları 2016-cı ilin yayında 50 yaşlı Məhəmməd Doliyev və 39 yaşlı Məryəm Toçiyevaya qarşı fiziki güc tətbiq edərək, onlardan banka quldur hücumunu boyunlarına almalarını tələb ediblər. Ondan sonra Doliyev dünyasını dəyişib.