İngiltərədə potensial sürəti 1600 km/saat olan avtomobil sınaqdan keçirilib - VİDEO

İngiltərədə potensial sürəti 1600 km/saat olan avtomobil sınaqdan keçirilib - VİDEO "Bloodhound SSC" bolidi sınaq zamanı 322 km/saat sürət yığıb
Digər ölkələr
27 Oktyabr , 2017 06:58
İngiltərədə potensial sürəti 1600 km/saat olan avtomobil sınaqdan keçirilib - VİDEO

Bakı. 27 oktyabr. REPORT.AZ/ Ötən gün İngiltərənin Kornuoll yarımadasının Nyukvey şəhərciyinin aerodromunda səsdən sürətli "Bloodhound Supersonic Car" avtomobilinin ilk sınağı baş tutub.

“Report” xəbər verir ki, avtomobilin sınağına 3 mindən çox insan tamaşa edib.

Raketə bənzər "Bloodhound SSC" bolidi sınaq zamanı 322 km/saat sürət yığıb. Avtomobil yuxarıda göstərilən sürətə 8 saniyəyə çatıb. Maşına 135 min at gücündə olan "Eurofighter Typhoon" qırıcısının mühərriki qoyulub.

Bir neçə ildən sonra avtomobilin sürətinin 1600 km/saata çatdırılması planlaşdırılır ki, bu da səsin sürətini üç dəfə üstələyir.

Son xəbərlər

Orphus sistemi