İngiltərədə məktəblilər polis əməkdaşlarını döyüb

İngiltərədə məktəblilər polis əməkdaşlarını döyüb Hadisə paytaxtın Nyu Kross rayonunda baş verib.
Digər ölkələr
26 Noyabr , 2016 04:54
İngiltərədə məktəblilər polis əməkdaşlarını döyüb

Bakı. 26 noyabr. REPORT.AZ/ Britaniyanın paytaxtı Londonda bir qrup məktəbli iki polis əməkdaşını döyüb.

"Report"un məlumatına görə, bu barədə "Daily Mail" xəbər yayıb.

Məlumata görə, hadisə paytaxtın Nyu Kross rayonunda baş verib. Belə ki, məktəblilərdən ikisi mübahisələrini yumruq davası ilə yekunlaşdırmağı qərara alıblar. Onlar bu barədə "WhatsApp"da yazışıblar. Sonda dava üçün planlaşdırılmış əraziyə 30-a yaxın məktəbli gəlib.

Patrul maşınından düşən polis əməkdaşları isə davaya hazırlaşan məktəbliləri ayırmaq istəyiblər. Lakin buna müvəffəq ola bilməyiblər. Məktəblilər polis əməkdaşlarından birini yerə yıxaraq onu döyməyə başlayıblar. Asayiş keşikçisinin qadın həmkarı ona kömək etmək istədikdə məktəblilər ona da zərbələr endiriblər.

Polis əməkdaşı nəhayət köməyə ehtiyacı olan həmkarını məktəblilərin əlindən ala bilib. Şagirdlər isə qaçaraq ərazidən uzaqlaşıblar.  

Son xəbərlər

Orphus sistemi